“Napoli” klubu hücumçusu Dris Mertensin komandadan ayrıldığını açıqlayıb.

Rekord.az xəbər verir ki, belçikalı futbolçunun İtaliya klubu ilə müqaviləsi başa çatıb.

Mertenslə “Roma” və “Marsel”in maraqlandığı bildirilir.

Futbolçu 2013-cü ildən “Napoli”də çıxış edirdi. Ümumilikdə o, komandanın heyətində 295 oyun keçirib, 113 qol vurub. Mertens “Napoli” ilə iki dəfə İtaliya kubokunu, bir dəfə isə ölkə superkubokunu qazanıb.