
Mərakeş millisindən getdi
- 09 Fev 2022 21:00
- 550
"Çelsi"nin futbolçusu Hakim Ziyeş Mərakeş millisindəki karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.
O, qərarında qəti olduğunu söyləyib: "Əlbəttə, mənim üçün bunu etmək kədərlidir. Amma artıq "Çelsi"nin oyunlarına köklənəcəyəm. Azarkeşlərin reaksiyalarını başa düşür, buna görə onlardan üzr istəyirəm".
Təcrübəli oyunçu deyib ki, milli komanda dünya çempionatına vəsiqə qazansa belə, oraya qayıtmayacaq.
Hakim Ziyeş baş məşqçi Vahid Halilhociçlə konfliktə görə Afrika Millətlər Kubokunun oyunlarına dəvət almayıb.
O, sonuncu dəfə ötən ilin sentyabrında yığmanın formasını geyinib. İndiyədək milli komandada 40 oyun keçirmiş Ziyeşin aktivində 17 qol var.