Dünən sensassiyaya imza ataraq Portuqaliyanı məğlub edən və yarımfinala yüksələn Mərakeş millisi həm də adını tarixə yazdırıb.

Rekord.az xəbər verir ki, mərakeşlilər dünya çempionatları tarixində yarımfinala çıxan ilk ərəb komandası olub.

Qeyd edək ki, Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi komandasının qazandıqlarını təsadüfi saymır: "Biz istedadlı, yüksək keyfiyyətə malik və hər kəsin sevdiyi komandayıq. Bura böyük inamla gəlmişdik. Pul və ehtiras isə inam və imanı məğlub edə bilməz. Belçika, Xorvatiya, Kanada, İspaniya, Portuqaliya... Bu cür rəqibləri üstələmək möcüzə deyil, işdir.