
“Mənə hətta V liqa klublarından da təklif var idi”
- 08 İyn 2023 12:30
- 357
"Mənə hətta V liqa klublarından da təklif var idi".
Rekord.az xəbər verir ki, bunu "Neftçi"nin xorvatiyalı qapıçısı İvan Brkiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
Mövsüm başa çatdıqdan sonra "ağ-qaralar"la 2 illik yeni müqaviləyə imza atan 28 yaşlı qolkiper Bakıda xoşbəxt olduğunu bildirib: "Ona görə də nəyisə dəyişməyə səbəb görmürəm. Daha 2 il burada oynamağa razılaşdım. Bir neçə yaxşı variantım olsa da, ən konkret təklifi "Neftçi"dən aldım və qalmağa qərar verdim".
2022-ci ilin yanvarında "Neftçi"yə keçən İvan Brkiç bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydana çıxıb.