"Karvan"a yeni baş məşqçi təyin olunan Füzuli Məmmədovun köməkçiləri arasında Mehman Yunusov olsa da, hələlik onu Yevlaxda görən olmayıb.

Rekord.az-ın əldə etdiyi məlumata görə, Yunusov, ümumiyyətlə, Yevlaxa getməyə bilər.

Belə ki, ona "Sumqayıt" klubunda iş təklif olunub. Yunusov klubun futbol akademiyasında koordinator kimi çalışmaqda daha maraqlıdır.