"Mehdi Hüseynzadə" anşlaqa doğru: 2 mindən çox bilet satılıb
- 15:25
- 59
Noyabrın 21-də Misli Premyer Liqasında 12-ci turun mərkəzi oyunu keçiriləcək.
Rekord.az xəbər verir ki, "Mehdi Hüseynzadə" adına stadionda 4-cü pillədə qərarlaşan "Sumqayıt" lider "Qarabağ"ı qəbul edəcək.
Oyunun biletləri artıq satışa çıxarılıb. Oyuna 5 gün qalmasına baxmayaraq, artıq 2 mindən çox bilet satılıb. Bu mənada oyun günü anşlaq olacağını indidən proqnozlaşdırmaq olar.
Qeyd edək ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 17, 18, 19, 20 noyabr tarixlərində saat 15:00-19:00 arası, oyun günü saat 12:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür. Bilet əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: