Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri sürətlə davam edir.

Rekord.az xəbər verir ki, artıq bütün tribunalar demək olar ki, tikilib və hazırda oturacaqların yerləri düzəldilir.

Əldə etdiyimiza daha bir məlumata görə, artıq qazonun gətirilməsi ilə bağlı da işlərə başlanılıb. Yeni qazon Niderlanddan gətiriləcək və bununla bağlı danışıqlara da başlanılıb. Qazonun mart-aprel aylarında ölkəyə gətirilməsi nəzərdə tutulub.