Xəbər verdiyimiz kimi "Neftçi" Mbodjla yolları ayırıb.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunu yola gətirmək heç də asan olmayıb.

Çünki futbolçu müqaviləsinin sonuna kimi "Neftçi"də qalmaq istəyirdi. Hətta əsas heyətdə baş məşqçiyə lazım olmasa belə, əvəzedici komandada oynayıb müqavilədəki maaşını almaq istəyirdi. Bu mənada onu yola gətirmək çətin oldu. Klub qarşıdakı 3 ayın maaşını təzminat kimi seneqallıya ödəyəcək.