Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe PSJ-də ilk oyununu keçirib.

Rekord.az xəbər verir ki, 15 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Paris”lə keçirilən yoxlama görüşündə əsas komandada forma geyinmək şansı qazanıb.

O, 45-ci dəqiqədə Fabian Ruizin əvəzinə meydana daxil olub. Qarşılaşma 30 dəqiqəlik iki hissə formatında keçirilib.

Matç PSJ-nin qələbəsi ilə yekunlaşıb (2:1).