
Mbappe PSJ-nin növbəti müqavilə təklifini də rədd etdi
- 16 Avq 2021 16:20
- 672
PSJ -nin hücumçusu Kilian Mbappe klubunun yeni müqavilə imzalamaqla bağlı növbəti təklifini rədd edib.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, o, 6 illik müqavilə təklifini müsbət cavablandırmayıb.
Bildirilib ki, fransalı oyunçu bu yay "Real"a transfer olunmaq istəyir.
Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır.