Fransa millisinin üzvü Kilian Mbappe DÇ-2022-nin finalından sonra PSJ ilə məşqlərə qayıdıb.

Rekord.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Fransa dünya çempionatının həlledici oyununda Argentinaya uduzub (3:3, penaltilər seriyası- 2:4).

Dekabrın 18-də keçirilən sözügedən görüşdə het-trik edən 24 yaşlı hücumçu fransızların evə qayıtmasından iki gün sonra bu gün Paris təmsilçisi iləməşqə qayıdıb.

PSJ DÇ-2022-də bütün oyunçularına milli komandasının turnirdən kənarlaşdırıldığı gündən etibarən 10 gün istirahət verib. Ancaq Mbappe erkən qayıdıb. 

Argentina millisinin kapitanı Lionel Messi isə10 günlük istirahətdən istifadə etmək qərarına gəlib.