Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Turan Tovuz” Bakıda “Kəpəz”lə qarşılaşıb və 3 cavabsız qola sevinib. Turun son matçında isə “Sabah” “Sumqayıt”ı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib.

Daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Qəbələ”yə 2:0 hesabıyla qalib gəlibsə, “İmişli” – “Zirə” (1:1), “Şamaxı” – “Araz-Naxçıvan” (1:1) və “Neftçi” – “Karvan-Yevlax” (0:0) matçlarında qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
6-cı tur

28 sentyabr

“Turan Tovuz” - “Kəpəz” 3:0
Qollar: Aleks Souza, 32. Joarlem Santos, 36. Filip Ozobiç, 46.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
“Azərsun Arena”.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdiyev.
Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 10. Ryonosuke Ohori, 55. Kresus Donqo.
Məşqçi: Xaliq Mərdanov.

“Sabah” - “Sumqayıt” 1:1
Qollar: Coy Lens Mikels, 26. Rüstəm Əhmədzadə, 35.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
“Bank Respublika Arena”.

Sabah: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.