Masallı rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində Bədəlan kənd tam orta məktəbinin idman zalında Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərov, tərəfindən məktəbin şagirdlərinə yunan-Roma güləşi üzrə ustad dərsi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsədi 5 mart-Bədən tərbiyəsi və İdman gününün qeyd edilməsi və rayonda idmanın təbliğ və inkişaf etdirmək olub.

Tədbir zamanı şagirdlərə yunan-Roma güləşi idman növü haqqında geniş məlumat verilib, İdmanın insan həyatında oynadığı rol, eləcə də sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.