Masallı rayon Gənclər və İdman İdarəinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş yunan-Roma güləşi üzrə məktəblilər arasında turnir keçirilib.

Rekord.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda rayonun orta ümumtəhsil məktəblərinin yunan-romaçıları güclərini sınayıblar.


Yarışın yekun nəticələrinə əsasən ilk üç yeri tutan güləşçilər təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıb.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd bu ilin aprel ayında keçiriləcək məktəblilərin respublika birinciliyinə hazırlıq, uşaq, yeniyetmə və gənclər arasında güləşin kütləviliyinin artırılması, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsidir.