Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, yarışa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gərgin və mübarizə şəraitində keçən yarışların yekun nəticəsinə əsasən ilk üç yeri tutan güləşçilər müvafiq dərəcəli medal və diplomlarla mükafatlandırılıblar.