Futbol üzrə Almaniya Bundesliqasının 22-ci turunun “Şalke” ilə səfər oyunu Dortmund “Borussiya”sının kapitanı Marko Roys üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, 4:0 hesabıyla qalib gəldikləri matç 31 yaşlı futbolçunun Bundesliqada 300-cü oyunu olub.

Roys bu matçlarda 130 qol vurub, 85 məhsuldar ötürməyə imza atıb. Yarımmüdafiəçinin Bundesliqada debütü 2009-cu ildə, Münhenqladbax “Borussiya”sında olub.

Almaniya yığmasının da üzvü olan futbolçu 2012-ci ildən “Borussiya”da çıxış edir.