
“Mançester Yunayted”in futbolçuları Ronaldodan qorxur
- 11 Fev 2022 14:42
- 464
İngiltərənin “Mançester Yunayted” klubunda futbolçuların Kriştiano Ronaldodan qorxduğu iddia olunub.
Rekord.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb. Xəbərdə, MY-də futbolçuların Ronaldodan razı olmadığı, bəzilərinin isə ondan qorxduğu bildirilib.
Ronaldo bu mövsüm “Mançester Yunayted”lə 19 oyunda 8 qol vurub.