
"Mançester Yunayted"dən yeni transfer
- 31 May 2021 12:21
- 614
"Mançester Yunayted" heyətinə yeni qapıçı cəlb edir.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" sabiq qapıçısı Tomas Hitonla razılaşıb. 35 yaşlı qolkiperin gələn həftə tibbi müayinədən keçəcəyi və 2 illik müqaviləyə qol çəkəcəyi bildirilib.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2005-2010-cu illərdə "Mançester Yunayted"in üzvü olub. Ancaq o dövrdə gənc olan qapıçı əsas heyətdə meydana çıxmayıb. Hiton son olaraq "Aston Villa"da çıxış edib.