"Mançester Yunayted" rəhbərliyi maraqlı qərar qəbul edib.

Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" bundan sonra heç bir futbolçuya həftəlik 200 min funt-sterlinqdən çox maaş təklif etməyəcək. Məlumatı "Daily Mail" nəşri yayıb.

Klub bu qərarı Kriştiano Ronaldo ilə yaşadıqları qalmaqaldan sonra verib.