
“Mançester Siti”nin yarımmüdafiəçisi Portuqaliyaya qayıda bilər
- 07 Yan 2023 12:49
- 375
“Benfika”nın yetirməsi olan “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Portuqaliya klubuna qayıda bilər.
Rekord.az “Record”a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu məsələ haqda bunları danışıb:
"Gələn yay “Mançester Siti” ilə daha iki il müqaviləm olacaq. 31 yaşıma kimi Mançester klubunda oynayardım. Gizlətmirəm ki, karyeramın son illərində özümü yeni layihədə sınamaq istəyirəm. Ən geci 32 yaşımda “Benfika”ya qayıtmağı planlaşdırıram. İndi bu baş tutmayacaq. Çünki məni “Mançester Siti”dən ala biləcək klub mənə üç illik deyil, beş illik müqavilə təklif edəcək. Yəni müqavilə bitəndə artıq 34 yaşım olacaq. "Benfika" isə məni transfer edə bilməyəcək. Ora yalnız azad agent kimi gedə bilərəm".
28 yaşlı futbolçu “Benfika” yetirməsidir. O, 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçmişdi.