
"Mançester Siti"də ciddi itki
- 16 Avq 2021 18:44
- 524
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan zədələnib.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 1-ci turunda "Tottenhem"lə matçın (0:1) sonlarına yaxın çiynindən zədə alıb.
O, bu gün tibbi müayinədən keçəcək və bərpa müddəti məlum olacaq.
Qeyd edək ki, "Siti" ölkə çempionatının 2-ci turunda avqustun 21-i doğma meydanda "Norviç"lə qarşılaşacaq.