İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Bornmut"dan Antuan Semenyonu transfer etdiyini rəsmən açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


26 yaşlı futbolçu ilə 5 il yarımlıq müqavilə imzalanıb. Qanalı vinger 2031-ci ilin yayına qədər "şəhərlilər"in heyətində çıxış edəcək.


Artıq Xosep Qvardiolanın sərəncamında olan futbolçu gələn həftənin çərşənbə axşamı "Nyukasl"a qarşı keçiriləcək Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda debüt edə bilər.


Karyerası ərzində "Bristol Siti", "Bat Siti", "Nyuport Kaunti" və "Sanderlend" kimi klublarda çıxış etmiş A.Semenyo, 2022/2023 mövsümündə "Bornmut"a keçib. O, Premyer Liqa təmsilçisinin heyətində 110 oyunda meydana çıxıb.