
"Mançester Siti" İspaniya klubuna
- 27 İyl 2022 13:42
- 455
"Mançester Siti"nin müdafiəçisi Yan Kouto "Jirona"ya keçib.
Rekord.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu qarşıdakı bir ili icarə əsasında La Liqa təmsilçisində keçirəcək.
Qeyd edək ki, braziliyalı futbolçu bundan əvvəl "Braqa"da icarə əsasında oynayırdı. "Koritiba" yetirməsi olan 20 yaşlı futbolçu 2020-ci ildə "Mançester Siti"yə keçmişdi.