
Maluda “Sabah”ın 400-cü qolunu vurub
- 20 Okt 2025 22:37
- 39
"Sabah"ın futbolçusu Aaron Maludanın Misli Premyer Liqasının 8-ci turunda "Zirə"nin qapısına vurduğu qol tarixə düşüb.
Rekord.az xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu "bayquşlar"ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.
O, rəqib komandanın qapısının torunu silkələməklə həmçinin "Sabah"dakı qol hesabını açıb.
"Sabah" - "Zirə" oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.