Futbol tarixinə damğa vurmuş simalardan biri olan ''Milan'' və İtaliya yığmasının sabiq oyunçusu Paolo Maldini Teo Ernandesə təriflər yağdırıb.

Rekord.az xəbər verir ki, fransalı Teo da ''Milan''da məhz Maldininn mövqeyində - müdafiənin sol cinahında çıxış edir.

 

Hazırda ''rossonyerlər''də texniki direktor vəzifəsini icra edən Maldini bunları deyib:
 

''Teo mənim oyun sayımın heç olmasa, 1/3-ni keçirsə, qol sayında mütləq məni ötəcək. Mən heç vaxt bombardirlik keyfiyyəti ilə seçilməmişəm. Teonun məni keçməsinə yalnız sevinərəm. O, digərlərində olmayan keyfiyyətlərə malik xüsusi cinah müdafiəçilərindən biridi. Söhbət ilk növbədə onun hücuma qoşulmaq, reyd etmək və məhsuldar ötürmə vermək qabiliyyətindən gedir. Onun ilk mövsümündə belə təəssürat yaranırdı ki, Teo reydləri 70-ci dəqiqədən sonraya saxlayır. Topla təxminən 60-70 metr irəlilədikdən sonra inanılmaz şəkildə ya ötürmə verir, ya da qol vururdu''.



Maraq üçün bildirək ki, Maldini ''Milan''da 901 oyuna 33 qol vurubsa, Ernandes 140 oyuna 22 dəfə fərqlənib.