"Səbail" son turda "Sumqayıt"a uduzmaqla sonuncu pilləyə düşdü.

Rekord.az xəbər verir ki, vəziyyətin bu cür hal alması baş məşqçi Mahmud Qurbanovun da kreslosunu laxladır.

Lakin rəhbərlik hələ ki, ona inanır və komanda "Sabah"la qarşıdakı kubok matçına köklənib. Əgər "Səbail" "Sabah"ı mübarizədən kənarlaşdırsa, Qurbanov postunda qalacaq. Əks halda, Qurbanovun gedişi istisna edilmir. Bu arada, əldə etdiyimiz maraqlı məlumata görə, Qurbanov istefaya gedəcəyi halda, "Səbail" rəhbərliyi onun yerinə əcnəbi məşqçi gətirəcək.