
Mahmud Qurbanov futbolçularına xəbərdarlıq etdi
- 27 Okt 2022 12:00
- 484
Son turlarda "Səbail" futbolçularının qırmızı vərəqə alması baş məşqçi Mahmud Qurbanovi ciddi şəkildə narahat edir.
Rekord.az-a daxil olan məlumata görə, "Şamaxı" ilə son tur matçından sonra futbolçuları ilə ciddi söhbət edib.
Baş məşqçi futbolçularına ciddi şəkildə xəbərdarlıq edib ki, kimsə bundan sonra yersiz yerə məsuliyyətsizlik edib qırmızı vərəqə alsa, birbaşa əvəzedici komandayha göndəriləcək, maaşının yarısı isə cərimə kimi tutulacaq.