
Mahmud Qurbanov bu legionerin göndərilməsini istəyir?
- 08 Noy 2022 14:00
- 725
«Səbail»in baş məşqçisi Mahmud Qurbanov xidmətində maraqlı olmadığı daha bir legionerin adını açıqlayıb.
Rekord.az xəbər verir ki, mayda görəvə gələn çalışdırıcı Fakundo Kardozo ilə qışda yolların ayrılmasını istəyib.
«Pro» kateqoriyalı mütəxəssis yayda komandaya qoşulan argentinalı müdafiəçinin intizamsızlığından şikayətlənib, heyətdəki zədəli və cəzalıların çoxluğu səbəbdən onu meydana buraxmaq məcburiyyətində qaldığını söyləyib.
O, daha əvvəl Luvaqa Kizito ilə bağlı eyni mövqeni sərgiləyib. Qurbanov uqandalı hücumçuya yeni ilədək özünə başqa komanda tapmağı tapşırıb. (sportinfo.az)