
Mahir Emreli bu gün “Dinamo”da debüt edəcək?
- 12 Fev 2022 14:00
- 532
Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç bu gün Xorvatiya çempionatının 23-cü turu çərçivəsində “Qoritsa”ya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.
Rekord.az xəbər verir ki, Zaqreb təmsilçisinin xorvatiyalı çalışdırıcısı azərbaycanlı hücumçu Mahir Emrelinin bu görüşdə oynayıb-oynamayacağı ilə bağlı bunları deyib:
“Komandanın oyunundan, futbolçuların məşqə yanaşmasından məmnunam . Dino Periç zədəlidir, Bruno Petkoviç isə cəzalıdır. Heyətin necə olacağını görəcəyik. Emreli? Komanda ilə məşqlərdə iştirak edir. Vəziyyətini görəcəyik”.
“Dinamo” - “Qoritsa” matçına Bakı vaxtı ilə saat 20:05-də start veriləcək.