Macarıstanlı FİFA referisi karyerasını bitirdi
- 2019-12-30 17:40
- 747
Macarıstanlı FİFA referisi Viktor Kaşşai karyerasını bitirib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 44 yaşlı hakimin özü məlumat yayıb. Macarıstanlı hakim 2003-cü ildən FİFA referisi idi.
Kaşşai 2011-ci ildə Çempionlar Liqasının final matçını, AÇ-2016-nın açılış oyununu idarə edib. 44 yaşlı ədalət təmsilçisi 2011-ci ildə də ilin ən yaxşı hakimi seçilib.