
Lütfəliyeva 3 oyuna təyinat aldı
- 17:00
- 35
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.
Rekord.az xəbər verir ki, Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq.
Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.