Fransa millisi bu gün DÇ-2022-nin final matçında Argentina ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında fransızların kapitanı Yuqo Loris ikinci dəfə dünya çempionu olaraq tarix yazmaq istədiklərini deyib:

35 yaşlı qapıçı bunları deyib: "Fransız xalqının arxamızda olduğunu bilirik. Özümüzə inanmağımız önəmlidir. 4 il öncə final oynamışıq. Bu dəfə də qazanmaq istəyirik. Messi futbol tarixi baxımından çox şey ifadə edir. Amma bu oyun Fransa və Argenetina arasında olacaq. Argentina böyük futbol ölkəsidir. Yalnız bir futbolçuya köklənməli deyilik. Rəqibin heyətində yaxşı gənc oyunçular var"

Argentina - Fransa qarşılaşması bugün Bakı vaxtilə saat 19:00-da baş tutacaq.