PSJ-nin keçmiş baş məşqçisi Loran Blanın yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 55 yaşlı mütəxəssis karyerasını Qətərdə davam etdirəcək.

Blanın “Əl-Rayyan” klubu ilə anlaşdığı bildirilir. Mütəxəssisin yeni klubundakı köməkçilərindən biri də müəyyənləşib. Belə ki, fransalı mütəxəssisin köməkçilərindən biri Frank Passi olacaq.

Son olaraq PSJ-ni çalışdıran Blan 2010-2012-ci illərdə Fransa millisinə rəhbərlik edib.