
"Liverpul"un zədəlisi sağaldı
- 21 Sen 2022 11:20
- 409
"Liverpul"un və İngiltərə millisinin futbolçusu Cordan Henderson zədəsini sağaldıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi çiynindən zədələnən Kelvin Filipsin yerinə yığmanın heyətinə daxil olunub.
Cordan zədə səbəbindən "Liverpul"un ötən 3 matçını da buraxıb.
Qeyd edək ki, İngiltərə millisi cümə günü İtaliya, növbəti bazar ertəsi isə Almaniya ilə üz-üzə gələcək.