“Liverpul”un “Şalke”dən Ozan Kabakı heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Rekord.az xəbər verir ki, Mersisayd klubu bu transferi tamamlamağa yaxındır.

Məlumata görə, klub yanvarda Bundesliqa təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırır. “Liverpul”un 20 yaşlı türk futbolçu üçün qarşı tərəfə Divok Origini təklif edəcəyi bildirilir.

Ozanın “Liverpul”a keçməyə müsbət yanaşdığı deyilir. Kabakın “Şalke” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.