“Liverpul” heyətini “Atalanta”nın futbolçusu ilə gücləndirə bilər.

Rekord.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Mersisayd klubu Ten Kompeynersi istəyir. 

Buna görə “Liverpul” artıq “Atalanta”ya müraciət də edib. İtaliyalılar adıçəkilən futbolçunu 40 milyon avrodan aşağı buraxmaq istəmir.

“Liverpul” isə Kompeyners üçün minimum 30 milyon avro ödəmək niyyətindədir.

24 yaşlı futbolçu 2021-ci ildə “AZ Alkmaar”dan “Atalanta”ya keçib.