"Liverpul” antirekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal”la 0:0 hesablı heç-heçə edən “Liverpul” klub tarixində nadir göstərici ilə yadda qalıb.


“Opta Analyst” portalının X sosial şəbəkəsində yaydığı məlumata görə, bu görüşdə mersisaydlılar qapı çərçivəsinə bir dəfə də olsun zərbə endirməyib  Sonuncu dəfə belə hal Premyer Liqa matçında 16 il əvvəl – 2010-cu ilin martında “Uiqan”la matçda (0:1) qeydə alınmışdı.


Hazırda “Liverpul” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.