Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi kanadalı hücumçu Conatan Davidi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Lill”in yeni transferinin 9 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

David son olaraq Belçikanın “Gent” klubunda çıxış edib. O, geridə qalan mövsümdə bu komanda ilə 40 oyuna çıxıb, 23 qola imza atıb.