1-ci Liqada 11-ci tura yekun vurulub.


Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.


“Cəbrayıl” “Şəfa” ilə qarşılaşıb. Lider səfər oyununda tək qolla qalib gəlib.


Daha öncə keçirilmiş “Difai” – “Mingəçevir” (1:1) və “Şahdağ Qusar” – “Səbail” (2:2) oyunlarında qalib müəyyənləşməyib, “Zaqatala” MOİK-ə (1:3), “Şimal” isə “Baku Sportinq”ə (0:1) uduzub.


Birinci Liqa

11-ci tur

19 dekabr


“Cəbrayıl” – “Şəfa” 0:1

Qol: Vüqar Həsənov, 38.