"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubunun yenidən ən yaxşısı olacağına inanır.

Rekord.az xəbər verir ki, polşalı forvard AS-a açıqlamasında komandanın gələcəyi haqda nikbin olduğunu deyib:

"Barselona" dəyişir. Bəli, bu zaman alır. Əminəm ki, "Barselona" təkmilləşəcək və hətta ən yaxşı komanda olacaq.

Xavi nə edəcəyini bilir. Məşqçi kimi böyük təcrübəyə malik olmasa da, inanılmaz oyunçu karyerasında yaşadığı hər şey ona kömək etdi".

"Barselona" hazırda La Liqada 31 xalla 2-ci pillədə qərarlaşıb. Komandanı lider "Real"dan 1 xal ayırır.