
Levandovski bu hərəkəti ilə gündəm oldu
- 15 İyl 2022 18:15
- 423
"Bavariya"nın ulduzu Robert Levandovski növbəti dəfə klubun məşqinə gecikib.
Rekord.az xəbər verir ki, o, təyin olunan vaxtdan 2 dəqiqə sonra məşqlərə qatılıb.
Polşalı hücumçu dünən isə hazırlığa 6 dəqiqə gecikmişdi.
R.Levandovski yeni mövsüm "Bavariya"da oynamaq istəmədiyini açıqlayıb. 33 yaşlı futbolçu tezliklə "Barselona"ya keçəcəyinə ümid edir.