Letiç “Sabah”a bu sözlərlə vida etdi
- 15:30
- 35
Bu qış fasiləsində “Sabah”dan ayrılan Boyan Letiç paytaxt klubu ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında keçmiş klubuna bu sözlərlə vida edib:
“Yollarımız ayrılsa da, "Sabah"ın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Buradan başıuca ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram.
Mənə güvəndikləri üçün rəhbərliyə, göstərdikləri dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığımız hər bir komanda yoldaşıma təşəkkür edirəm. Amma hər şeydən öncə, azarkeşlərə minnətdaram: sizin qeyd-şərtsiz dəstəyiniz hər oyunda mənim əsas güc mənbəyim olub. Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam”.
