Lerik rayon Gənclər və İdman İdarəinin və Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə yarış keçirilib

Rekord.az xəbər verir ki, yarışda Lerik UGİŞM-nin və "Lerik" İdman zalında yunan-Roma güləşi üzrə məşğul olan yeniyetmə güləşçilər iştirak edib.

Yarışda 5 şəki dərəcəsi üzrə ümumilikdə 28 yeniyetmə güləşçi mübarizə aparıb Çəki dərəcələri üzrə 1, 2 və 3-cü yeri tutmuş yeniyetmə güləşçilərə Lerik rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.