Bir vaxtlar "Xəzər Lənkəran"ın ev oyunlarını keçirdiyi Lənkəran Mərkəzi Stadionunu uzun müddətdir istifadəsiz qalıb.

Rekord.az xəbər verir ki, arenanın ərazisinə daxil olan otel, eləcə də yeməkxana, idman zalı və s. otaqlar da istifadəsiz qalıb.

Bir ara stadionun satışa çıxarılmasına dair məlumatlar yayıldı. Lakin aldığımız son məlumata görə, hələ ki, arena ilə bağlı real alıcı ortaya çıxmayıb. Ehtimal var ki, satış qiymətinin baha olması da öz sözünü deyir.