Yusuf Laval "Neftçi"də özünü rahat hiss etmir.

Rekord.az xəbər verir ki, klubdakı hazırkı ortam onu sıxır.

Regekampflın oyun taktikası tam olaraq onun ürəyincə deyil. Ən əsası, klubun düşdüyü durum və rəhbərliyin bu duruma laqeyd qalması Lavalı ciddi narahat edir. Sadəcə, futbolçu "Zirə" ilə kubokun cavab matçını gözləyir. Bundan sonra qış fasiləsi yaranacaq və "Neftçi"də müəyyən suallara da aydınlıq gələcək. Yeni rəhbərliyin atacağı addımlardan çox şey asılıdır. Əgər hazırklı durumda ciddi dəyişiklik olmasa, Lavalın "Neftçi"dən gedəcəyi istisna deyil.