
Laporta, Peres və Anyelli ABŞ-da görüşdülər
- 25 İyl 2022 18:20
- 443
“Real”, “Barselona” və “Yuventus”un prezidentləri ABŞ-da bir araya gələrək nahar ediblər.
Rekord.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Florentino Peres, Joan Laporta və Andrea Anyelli arasında görüş Las-Veqasdakı "Four Seasons" otelində baş tutub.
Qeyd etmək lazımdır ki, Avropa Superliqası layihəsindən heç vaxt ayrılmayan və turnirə başlamaq planlarından əl çəkməyənlər də məhz bu "3-lük"dür.
Həmçinin "Real", "Barselona" və "Yuventus" ABŞ-da keçirilən "Soccer Champions Tour 2022"də iştirak edirlər.