“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Rekord.az xəbər verir ki, “Marca” nəşrinə danışan klub rəhbəri, La Liqada çempion olacaqlarına inandıqlarını deyib:

“Valensiya” ilə oyundan əvvəl dedim ki, qarşıdakı beş oyunu qazansaq, çempion olacağıq. İndi dörd oyun qalıb. Hər birini qazansaq, çempion olacağımıza əminəm. Komandama inanıram”.

“Barselona” La Liqada 74 xalla 3-cü sıradadır. Kataloniya təmsilçisi 35-ci tur çərçivəsində doğma meydanda lider “Atletiko”nu qəbul edəcək. Oyun mayın 8-də keçiriləcək.