İspaniyanın "Betis" klubunun futbolçusu Xoakin Sançes karyerasının son oyununda La Liqanın rekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi buna "Valensiya" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda meydana çıxmaqla nail olub.

Təcrübəli oyunçu yerli çempionatda 622-ci görüşünü keçirib. O, bu göstəricidə "Barselona"nın sabiq qapıçısı Andoni Subisarretaya çatıb. İlk "3-lüy"ü hazırda "Atletik"in (Bilbao) uğurları üçün çalışan Raul Qarsiya (589) tamamlayır.

İspaniya millisinin sabiq üzvü ölkəsində "Valensiya" və "Malaqa"nın da formasını geyinib.