
La Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
- 25 Okt 2022 23:11
- 408
İspaniya "Vilyarreal"ının yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi Kike Setyenə tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
İspaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin "Aston Villa" komandasının sükanı arxasına keçən həmyerlisi Unay Emerini əvəzləyib.
Xatırladaq ki, Kike Setyen 2020-ci ildə "Barselona"dan ayrıldıqdan sonra işsiz idi.