
La Liqa klubunda yeni müqavilə
- 05 Fev 2022 11:19
- 522
İspaniyanın “Atletik” klubu müdafiəçisi Daniel Vivian ilə müqavilənin müddətini artırıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu ilin yayında başa çatacaqdı.
Daniel Vivian 2017-ci ildən “Atletik”də çıxış edir. “Baskoniya”nın yetirməsi olan mərkəz müdafiəçisi, ötən mövsümü icarə əsasında “Mirandes”də keçirib. İspan futbolçu bu mövsüm meydana çıxdığı 10 La Liqa matçında 1 qol vurub.